satellite   Azerspace-1: 11135 H 30000

Planetin səkkiz milyardıncı sakini Dominikan Respublikasında dünyaya gəlib

Planetin səkkiz milyardıncı sakini Dominikan Respublikasında dünyaya gəlib

Noyabrın 15-də planetin səkkiz milyardıncı sakini dünyaya gəlib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Damian adlı körpə Dominikan Respublikasının paytaxtı Santo Dominqoda (Nuestra Senora de la Altagrasiya) doğulub. Bununla da BMT simvolik olaraq bəşəriyyətin artıq səkkiz milyard əhaliyə çatdığını qeyd edir.

BMT-nin Baş katibi Antonio Quterreşin sözlərinə görə, noyabrın ortalarına qədər dünya əhalisinin sayı səkkiz milyard nəfərə çatıb ki, bu da qidalanma, ictimai səhiyyə və sanitariya sahələrində elmi nailiyyətlər və təkmilləşdirmələrdən xəbər verir. Bununla yanaşı, milyardlarla insan ciddi çətinlik çəkir, yüz milyonlarla insan ac qalır. Görünməmiş sayda insan hərəkətdədir, borc, itkilər, müharibələr və iqlim fəlakətlərini aradan qaldırmaq üçün çalışır və fürsət axtarır.

Dominikan Respublikasının Milli Statistika İdarəsinin məlumatına görə, 2020-ci ildə ölkə əhalisinin sayı 10,8 milyon nəfər təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM