satellite   Azerspace-1: 11135 H 30000

Doqquz ay ərzində Azərbaycanda 93 mindən çox körpə doğulub

Doqquz ay ərzində Azərbaycanda 93 mindən çox körpə doğulub

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 93 min 612 körpə doğulub. Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə 11.1-dən 12.4-ə qədər artıb. Doğulanlar arasında oğlanların xüsusi çəkisi 52.8, qızların xüsusi çəkisi isə 47,2 faiz təşkil edib. Körpələrdən 2630-u əkiz, 117-si üçəm, 8-i isə dördəm doğulub.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bu ilin doqquz ayında ölkədə 46 min 372 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7.5-dən 6.1-ə enib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM