satellite   Azerspace-1: 11135 H 30000

Babəkdə keçirilən sərgi-satışda 200-də çox əl işi sərgilənib - FOTOLAR

Babəkdə keçirilən sərgi-satışda 200-də çox əl işi sərgilənib<font color=red> - FOTOLAR</font> Babəkdə keçirilən sərgi-satışda 200-də çox əl işi sərgilənib<font color=red> - FOTOLAR</font> Babəkdə keçirilən sərgi-satışda 200-də çox əl işi sərgilənib<font color=red> - FOTOLAR</font>

Babək rayonunda məhdud fiziki imkanlı şəxslərin əl işlərindən ibarət sərgi-satış təşkil edilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova və Babək Rayon Təhsil şöbəsinin əməkdaşı Nazlı Cəfərova qeyd ediblər ki, məqsəd məhdud fiziki imkanlı şəxslərin istedad və bacarıqlarını üzə çıxarmaq, milli dəyərlərimizi, adət-ənənələrimizi qorumaq, qiymətləndirmək və bunu ictimaiyyətə tanıtmaqdan ibarətdir.

Sonra sərgiyə baxış olub.

Qeyd edək ki, sərgiyə məhdud fiziki imkanlı 20 şəxs tərəfindən 200-dən artıq əl işi çıxarılıb. Müxtəlif janrlarda çəkilmiş rəsm əsərləri və rəngarəng yaradıcılıq nümunələri sərgi iştirakçılarının diqqətini cəlb edib.

Sərgi-satış rəssamlıq, toxuculuq, ebru, yandırma, dekorativ, vitraj və başqa sənət nümunələrinə müraciət edən sağlamlıq imkanları məhdud şəxslərin zəngin təxəyyülünün ifadəsi kimi diqqəti cəlb edib. 

Sevda Əliyeva

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM