satellite   Azerspace-1: 11135 H 30000

Kəngərlidə yeni meyvə bağı salınıb - FOTOLAR

Kəngərlidə yeni meyvə bağı salınıb<font color=red> - FOTOLAR</font> Kəngərlidə yeni meyvə bağı salınıb<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Kəngərli rayonunda mövsümün ilk yaşıllaşdırma aksiyası keçirilib. Aksiya çərçivəsində Xok kəndində yeni meyvə bağı salınıb. 

Xok Bələdiyyəsinin təşəbbüsü və ictimaiyyət nümayəndələrinin fəal iştirakı ilə yeni meyvə bağı salınması üçün nəzərdə tutulan sahə əvvəlcədən əkinə hazır vəziyyətə gətirilib, hamarlama işləri görülüb, şırımlar açılıb, çalalar qazılıb. Həmin əraziyə yerli şəraitdə yetişdirilən 150 müxtəlif meyvə tingi əkilib və suvarılıb.

Qeyd edək ki, rayonun digər bələdiyyələrinə məxsus müvafiq ərazilərdə də yeni meyvə bağlarının salınması nəzərdə tutulur. Bu baxımdan lazımi hazırlıq işləri görülür, əkin keçiriləcək sahələr müəyyənləşdirilir, hamarlanır, ting tədarük edilir.

Məhəmməd Fərəcov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM