Son illərdə muxtar respublikamızın hansı istiqamətinə üz tutsaq, simasının dəyişdiyinin və sosial-iqtisadi cəhətdən inkişafının şahidi oluruq. Rayon mərkəzlərində və kəndlərdə aparılan kompleks quruculuq tədbirləri həm də insanların rifah halının yüksəlməsinə şərait yaradır. Bu baxımdan son illər hüsnü tamamilə dəyişən Alışar kəndi də diqqəti cəlb edir. Kənddə məktəb binası və yol şəbəkəsi yenidən qurularaq istifadəyə verilib.
Naxçıvan televiziyasının əməkdaşları kənddə aparılan quruculuq işləri ilə bağlı videomaterial hazırlayıblar.
Naxçıvan televiziyası İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Yaqub İsayev
