satellite   Azerspace-1: 11135 H 30000

Rabitəçi-mühəndislər üçün seminar keçirilib - FOTOLAR

Rabitəçi-mühəndislər üçün seminar keçirilib<font color=red> - FOTOLAR</font> Rabitəçi-mühəndislər üçün seminar keçirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, “Avtomat telefon stansiyalarında yeni nəsil texnologiyaların tətbiq edilməsi” mövzusunda keçirilən seminarda Nazirliyin Aparatının və tabeli qurumlarının mühəndisləri, rabitə mütəxəssisləri, kabelçi-lehimləyiciləri iştirak edib.

“HUAWEI Technologies Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinin mühəndisləri Zhao Hongbo, Zhao Jun və İsmayıl Quliyev muxtar respublikada təqdim edilən internet xidmətlərinin dayanıqlılığını yeni nəsil texnologiyalar vasitəsilə təmin edilməsi istiqamətində beynəlxalq təcrübələrdə geniş istifadə olunan  texnologiyalardan slayd və videomateriallar vasitəsilə rabitəçi - mühəndislərə geniş məlumat veriblər.

Seminarda həmçinin yeni GPON (Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyaları və üstünlüklərindən, eləcə də  IMS (IP Multimedia Subsystem - IP Multimedia Alt Sistemi) barəsində də danışılıb. Bildirilib ki, IMS IP protokolu əsasında telekommunikasiyada multimedia məzmununun ötürülməsi üçün yeni mobil şəbəkə infrastrukturudur, istifadəçilər üçün istənilən giriş şəbəkəsi, xüsusən də VoLTE (Voice over) üzərindən rabitə xidmətləri təqdim etmək üçün yeni texnologiyadır.

Sonda iştirakçıları maraqlandıran suallar təlimçilər tərəfindən cavablandırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM