satellite   Azerspace-1: 11135 H 30000

Noyabrın ikinci ongünlüyündə orta temperatur ötən illə müqayisədə 3-5º yüksək olub

Noyabrın ikinci ongünlüyündə orta temperatur ötən illə müqayisədə 3-5º yüksək olub

Respublikanın əksər bölgələrində noyabrın ikinci ongünlüyündə hava şəraiti nisbətən yağıntılı keçib. Havanın orta temperaturu çoxillik iqlim normasından 2-3º, ötən ilin göstəriciləri ilə müqayisədə isə 3-5º yüksək olması ilə səciyyələnib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, havanın dekadalıq orta temperaturu paytaxt üzrə Maştağada 12º, Naxçıvanda 7º, Qarabağ bölgəsi, Gəncə-Goranboy, Mil-Muğan və Mərkəzi Aranda 11-14º, Şəki-Zaqatalada 10-15º, Dağlıq Şirvan bölgəsi və Qubada 7-8º, Lənkəran-Astarada 11-13º, Tovuz-Qazaxda 6-13º qeydə alınıb.

Havanın minimum temperaturu İsmayıllıda və Gədəbəydə -1º şaxta, Qazaxda 2º, Quba, Şamaxı, Naxçıvan və Tovuzda 3º, Şəki, Zaqatala, Göyçay, Cəfərxan və Ceyrançöldə 4º, Bərdə, Zərdab, Lənkəran və Gəncədə 5º, Maştağada və Acınohurda 7º qeydə alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM