satellite   Azerspace-1: 11135 H 30000

Culfada məhdud fiziki imkanlı uşaqların əl işləri sərgilənib - FOTOLAR

Culfada məhdud fiziki imkanlı uşaqların əl işləri sərgilənib<font color=red> - FOTOLAR</font> Culfada məhdud fiziki imkanlı uşaqların əl işləri sərgilənib<font color=red> - FOTOLAR</font> Culfada məhdud fiziki imkanlı uşaqların əl işləri sərgilənib<font color=red> - FOTOLAR</font>

Culfa rayonunda məhdud fiziki imkanlı uşaqların əl işlərindən ibarət sərgi  təşkil edilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Sara Hüseynova, Culfa Rayon Təhsil şöbəsinin müdiri Mehdixan Əliyev və Mədəniyyət Şöbəsinin müdiri Pərvin Həsənov çıxış edərək xüsusi sağlamlıq imkanları məhdud uşaqların hərtərəfli inkişafı, təhsil hüquqlarının təmin olunması, eləcə də onların istedadlarının üzə çıxarılması və inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıblar.

Qeyd olunub ki, belə tədbirlərin  keçirilməsi fiziki məhdudiyyəti olan uşaqların yaradıcılıq imkanlarının inkişaf etdirilməsində mühüm rol oynayaraq onlara stimul verir.

Sonra sağlamlıq imkanları məhdud uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə iştirak edən müvafiq kateqoriyadan olan uşaqların əl işləri əsasında onların yaradıcılıq imkanları qiymətləndirilib.

Əl işi sərgilənən 15 uşağa diplom və hədiyyələr təqdim edilib.

Sevda Əliyeva

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM