Sədərək Şəhidlər xiyabanında təmir-bərpa işləri yekunlaşıb - FOTOLAR

Sədərək Şəhidlər xiyabanında təmir-bərpa işləri yekunlaşıb<font color=red> - FOTOLAR</font> Sədərək Şəhidlər xiyabanında təmir-bərpa işləri yekunlaşıb<font color=red> - FOTOLAR</font> Sədərək Şəhidlər xiyabanında təmir-bərpa işləri yekunlaşıb<font color=red> - FOTOLAR</font>

Qədim oğuz yurdu, qeyrət qalası Sədərək həm də qəhrəman övladları ilə öyünür. Bu yurdun vətənpərvər övladları tarixi torpaqlarımızın ərazi bütövlüyünün qorunmasında fədakarlıq göstərib, ötən əsrin 90-cı illərində Sədərəyə dəfələrlə hücum edən düşmənə sinəsini sipər edib, şəhidlər verib, doğma yurdu qoruyublar.

Sədərək kəndində yerləşən Şəhidlər xiyabanında 1-ci və 2-ci Qarabağ müharibəsində, həmçinin Ermənistanın  Sədərək rayonuna təcavüzü nəticəsində həlak olan 18 şəhidin xatirəsi əbədiləşdirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu il Şəhidlər xiyabanında aparılan əsaslı təmir-tikinti işləri artıq yekunlaşıb, ətrafda abadlıq işləri görülüb. Xiyabanda yerləşən Abidə Kompleksi və onun  ətrafı abadlaşdırılıb.

Xiyabandakı qəhrəman şəhidlərimizin məzarları qara mərmərlə üzlənib, əraziyə döşəmə daşlar düzülüb, ətrafa gülkarlıq salınıb. Həmçinin Şəhidlər xiyabanında uyuyan qardaş Türkiyənin şəhidi Əli Çavuşun məzarüstü abidəsi də təmir olunub.

Xiyabandakı Xatirə muzeyində də əsaslı təmir işləri görülüb.

Aparılan təmir-bərpa işləri çərçivəsində Şəhidlər xiyabanının ətrafı çəpərlənib, əraziyə gül kolları, həmişəyaşıl və digər ağaclar əkilib, müxtəlif işıqlandırma sistemləri quraşdırılıb.

                                                        Novruz Məmmədov

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM