satellite   Azerspace-1: 11135 H 30000

Milli Məclisin deputatları İspaniya və Belçikaya səfər edəcəklər

Milli Məclisin deputatları İspaniya və Belçikaya səfər edəcəklər

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Sevil Mikayılova noyabrın 26-dan 30-dək İspaniyanın Madrid şəhərində səfərdə olacaqlar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, deputatlar İspaniya parlamentində bir sıra görüşlər keçirəcək, parlamentlərarası əlaqələrin inkişafına dair müzakirələr aparacaqlar.

Sonra Səməd Seyidov noyabrın 30-dan dekabrın 3-dək Belçika Krallığının Brüssel şəhərində səfərdə olacaq. Komitə sədri Avropa Parlamentində bir sıra görüşlər keçirəcək, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM