Ağbulaq kəndində cəviz bağı salınıb - FOTOLAR

Ağbulaq kəndində cəviz bağı salınıb<font color=red> - FOTOLAR</font> Ağbulaq kəndində cəviz bağı salınıb<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz rayonunun Ağbulaq kəndində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində yeni cəviz bağı salınıb.

Muxtar respublikanın digər bölgələrində olduğu kimi, Şahbuz rayonunda da meyvə bağlarının və yaşıllıq sahələrinin artırılmasına diqqət artırılıb. Bu sahədə görülən tədbirlərin nəticəsidir ki, son illərdə rayonda 200 hektara yaxın ərazidə meyvə bağları və yaşıllıq sahələri salınıb. Yaşıllıqların salınmasında rayonun bələdiyyələri də təşəbbüskarlıq göstərir. Rayonun bələdiyyə mülkiyyətinə məxsus torpaqlarında yeni meyvə bağları salınır. Bu tədbirlərin davamı kimi Ağbulaq kəndi ərazisində də yeni cəviz bağı salınıb.

Bir hektar sahədə salınan bağa 400 cəviz tingi əkilib. Əkilən ağaclara mövsümi qulluq göstərilib, suvarma suyu ilə təmin olunub.

                                                          Novruz Məmmədov

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM