satellite   Azerspace-1: 11135 H 30000

“Fiziki əngəl qurub-yaratmaq şövqünə mane deyil” mövzusunda bədii tikmə təlimi keçirilib - FOTOLAR

“Fiziki əngəl qurub-yaratmaq şövqünə mane deyil” mövzusunda bədii tikmə təlimi keçirilib<font color=red> - FOTOLAR</font> “Fiziki əngəl qurub-yaratmaq şövqünə mane deyil” mövzusunda bədii tikmə təlimi keçirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Kəngərli rayonunda “Fiziki əngəl qurub-yaratmaq şövqünə mane deyil” mövzusunda bədii tikmə təlimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən təlim fiziki imkanları məhdud qadınların özünüməşğulluqlarının təmin edilməsi tədbirləri çərçivəsində təşkil edilib.

Təlimdə istedadlı qadın Səkinə Qarayeva əyani vəsaitlərdən istifadə etməklə dekorativ tətbiqi sənətin bu növü üzrə incəliklərini iştirakçıların diqqətinə çatdırıb. Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və onlar öyrəndiklərini praktikada tətbiq ediblər.

Qeyd edək ki, “2021-2025-ci illərdə muxtar respublikada əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində sosial qayğıya ehtiyacı olan qadınlar arasında xalq tətbiqi sənət nümunələrinin, milli dəyərlərin yaşadılması istiqamətində işlər və sosial layihələr həyata keçirilir. Bədii tikmə təlimləri də bu tədbirlərin davamı kimi muxtar respublikanın bölgələrində davam etdirilir.

Sevda Əliyeva

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM