satellite   Azerspace-1: 11135 H 30000

BMT-nin biomüxtəliflik üzrə konfransı keçiriləcək

BMT-nin biomüxtəliflik üzrə konfransı keçiriləcək

Dekabrın 7-dən 19-dək Kanadanın Monreal şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) biomüxtəliflik üzrə konfransı keçiriləcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi BMT-nin saytına istinadla xəbər verir ki, konfrans iştirakçıları flora və faunanın bir çox növlərinin sürətlə yox olmasının qarşısını almaq üçün təcili tədbirlər müəyyən edilən tarixi saziş bağlamağı planlaşdırırlar.

Bu gün planetimizdə canlı təbiətin müxtəlif növləri dinozavrların nəsli kəsildiyi dövrdən bəri ən geniş miqyasda məhv olmaqdadır. Alimlər hesab edirlər ki, bu tendensiyanı geri çevirmək mümkündür. Monrealda keçiriləcək forumda təbii ehtiyatların yox olmasının qarşısının alınması üzrə strategiya qəbul etmək nəzərdə tutulur. Söhbət təbiəti mühafizə fəaliyyətinə və təbiət ilə harmoniyalı gələcəyin yaradılmasına bütün dünyanın cəlb olunması planından gedir. Biomüxtəlifliyin qorunub saxlanmasının əsas amili insanın təsərrüfat fəaliyyəti nəticəsində güclü zərər çəkən ekosistemin bərpası olmalıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM