satellite   Azerspace-1: 11135 H 30000

Nehrəmdə gənc oğlan qətlə yetirilib

Nehrəmdə gənc oğlan qətlə yetirilib

Yanvarın 6-sı Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində 2005-ci il təvəllüdlü Tuncay Abdullayevin öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Naxçıvan Muxtar Respublikası Prokurorluğundan Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, araşdırma zamanı zərərçəkmişin 2005-ci il təvəllüdlü həmkəndlisi Rəhman Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirilməklə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Babək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Rəhman Süleymanov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM