satellite   Azerspace-1: 11135 H 30000

Şavkat Mirziyoyev Azərbaycanla elektron qaimələrin qarşılıqlı tanınmasını sürətləndirməyi tapşırıb

Şavkat Mirziyoyev Azərbaycanla elektron qaimələrin qarşılıqlı tanınmasını sürətləndirməyi tapşırıb

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan, Türkmənistan və Gürcüstanla elektron yük sənədlərinin qarşılıqlı tanınması haqqında razılaşmaların təsdiqi prosesini başa çatdırmağı tapşırıb.

NTV  Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Asadovun sosial şəbəkələrdəki paylaşımına istinadən xəbər verir ki, bunu Ş.Mirziyoyev nəqliyyat-logistika sahəsində investorlar və sahibkarlarla görüşündə bildirib.

Ş.Mirziyoyevin sözlərinə görə, Özbəkistanın Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən böyük quru limanına çevrilməsi üçün bütün imkanlar mövcuddur:

"Hazırda Orta Dəhlizin potensialından tam şəkildə istifadə olunmur. Məsul şəxslərə Azərbaycan, Türkmənistan və Gürcüstanla elektron yük sənədlərinin qarşılıqlı tanınması barədə razılaşmaların təsdiqi prosesini başa çatdırmaq tapşırılıb".

O, həmçinin Özbəkistandan Xəzər və Qara dəniz, Şərqi Çin dənizi limanlarına və Baltikyanı ölkələrə blok qatarlarının hərəkətini təşkil etməyi, eləcə də bu imkanlar barədə sahibkarları məlumatlandırmağı tapşırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

11:09 27.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM