satellite   Azerspace-1: 11135 H 30000

Özbəkistanda anomal soyuq hava gözlənilir

Özbəkistanda anomal soyuq hava gözlənilir

Gələn həftə Povoljye istiqamətindən Özbəkistan ərazisinə Rusiyanın Avropa hissəsinin şimal bölgələri üzərində əmələ gələn həddən artıq soyuq hava kütləsi daxil olacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Özbəkistan Respublikasının Hidrometeorologiya Xidməti Mərkəzinin (“Özhidromet”) məlumatında deyilir.

Bildirilir ki, 9-11 yanvar tarixlərində respublikanın əksər hissəsində yağıntılar (yağış, qar) olacaq. Dağlıq və dağətəyi bölgələrdə qar yağacağı, bəzi yerlərdə qarın güclü olacağı gözlənilir. Yanvarın 9-10-da bəzi yerlərdə küləyin saniyədə 15-20 metrə qədər şiddətlənəcəyi ehtimal olunur.

Yanvarın 10-15-də respublika üzrə anomal soyuq hava gözlənilir. Havanın temperaturu gecə mənfi 12-17 dərəcə, gündüz mənfi 5-8 dərəcəyədək enəcək, şimal ərazilər üzrə gecə mənfi 17-22, Üstyurd və səhra zonalarında bəzi yerlərdə mənfi 25-27, gündüz 7-10 dərəcə şaxta, cənub ərazilər və Fərqanə vadisi üzrə gecə mənfi 5-10 dərəcə, gündüz 2-5 dərəcə şaxta olacaq.

Yanvarın 6-10-da Özbəkistanın dağlıq ərazilərində qar uçqunu təhlükəsi yaranacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM