satellite   Azerspace-1: 11135 H 30000

Laçın-Xankəndi yolu: Sülhməramlılara aid dörd avtomobilin ərazidən keçidi təmin edilib

Laçın-Xankəndi yolu: Sülhməramlılara aid dörd avtomobilin ərazidən keçidi təmin edilib

Rusiya sülhməramlılarına məxsus təminat-təchizat avtomobilləri Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil olunan aksiya ərazisindən növbəti dəfə sərbəst keçiblər.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, sülhməramlılara aid 4 təminat avtomobilinin Xankəndidən Laçın istiqamətinə doğru hərəkətinə şərait yaradılıb.

Bu bir daha onu göstərir ki, ərazidə hərəkətin sərbəstliyi mütəmadi olaraq təmin olunur. Heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.

Dünən gün ərzində ümumilikdə sülhməramlılara məxsus 26 avtomobil ərazidən maneəsiz keçib.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM