satellite   Azerspace-1: 11135 H 30000

Dünyada ilk dəfə qalxanabənzər vəzdən alınan kök hüceyrələr paratiroid vəzinin hüceyrələrinə çevrilib

 Dünyada ilk dəfə qalxanabənzər vəzdən alınan kök hüceyrələr paratiroid vəzinin hüceyrələrinə çevrilib

Dünyada ilk dəfə olaraq qalxanabənzər vəzdən alınan kök hüceyrələr başqa bir orqanın, paratiroid vəzinin hüceyrələrinə çevrilib. Beləliklə, orqan çatışmazlığının müalicəsində yeni bir səhifə açılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi medimagazin.com-a istinadla bildirir ki, Türkiyənin Yeditepe Universitetinin Koşuyolu Xəstəxanasının cərrah-endokrinoloqu, professor Erhan Ayşanın rəhbərliyi ilə multidissiplinar tədqiqat qrupu tərəfindən aparılan araşdırmada sağlam qalxanabənzər vəzdən əldə edilən kök hüceyrələr müxtəlif laboratoriya proseslərindən keçərək tamamilə fərqli bir orqan olan paratiroid vəzi hüceyrələrinə çevrilib.

Bu mühüm araşdırma beynəlxalq miqyasda nüfuzlu elmi jurnalda nəşr olunub və tibbi ədəbiyyata daxil olub.

Paratiroidin bədəndəki kalsium balansını saxlayan yeganə orqan olduğunu qeyd edən professor qalxanabənzər vəzi orqanını paratiroid orqanına çevirdiklərini bildirib: “Bu, tibb sahəsində donor tapmaq probleminin həlli, eyni zamanda transplantasiya müvəffəqiyyət nisbətinin artırılması baxımından vacib tədqiqatdır. Eyni şəxsin qalxanabənzər vəzindən alınan kök hüceyrələrlə ediləcək transplantasiya zamanı donor tapmağa ehtiyac qalmayacaq və həmin şəxsin öz toxuması istifadə edildiyi üçün transplantasiyanın müvəffəqiyyət nisbəti artacaq, toxuma uyğunsuzluğu problemi olmayacaq",- deyə bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM