satellite   Azerspace-1: 11135 H 30000

Biləsuvar sakini ova gedərkən ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb

Biləsuvar sakini ova gedərkən ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb

Biləsuvarda ova gedən şəxs ehtiyatsızlıqdan açılmış atəş nəticəsində ölüb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Biləsuvar rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, yanvarın 9-u Biləsuvar rayon sakini, 1967-ci il təvəllüdlü Zakir Tağıyevin ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı Zakir Tağıyevin 09 yanvar saat 16 radələrində 3 nəfərlə birgə Biləsuvar rayonunda yerləşən “Şəhriyar” adlı əraziyə ova getməsi və həmin vaxt orada olan şəxslərdən biri tərəfindən ehtiyatsızlıqdan açılmış atəş nəticəsində ölməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM