satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Naxçıvan şəhərində baş verən qəzada piyada xəsarət alıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, ötən gecə baş verən hadisə şəhərin Azadlıq prospektində qeydə alınıb.

67-BH-847 nömrəli avtomobilin sürücüsü Əli Mirzəyev Azadlıq prospektində, Şəhidlər xiyabanı - Araz qonaq evi istiqamətində piyada keçidini keçmək istəyən Aygün Əliyevanı vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Aygün Əliyeva Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Yaralıya bazu sümüyü cisminin sınığı diaqnozu qoyulub. 

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM