satellite   Azerspace-1: 11135 H 30000

On il işləyən şəxslərə dövlət qulluğuna qəbulda yalnız müsahibədə iştirak hüququ verən vəzifələr müəyyənləşib

On il işləyən şəxslərə dövlət qulluğuna qəbulda yalnız müsahibədə iştirak hüququ verən vəzifələr müəyyənləşib

İnzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən şəxslərə müsabiqənin yalnız müsahibə mərhələsində və ya ümumi müsahibədə iştirak etmək hüququ verən dövlət orqanlarında vəzifələrin siyahısı təsdiq edilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb.

Qərara əsasən, təqdim edilən siyahıda nəzərdə tutulan vəzifələrdə aidiyyəti sahə üzrə üst-üstə 10 il işləyən şəxslər inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən müsabiqənin yalnız müsahibə mərhələsində, həmçinin inzibati vəzifələrin tutulması üçün keçirilən ümumi müsahibədə iştirak edə biləcəklər.

Siyahıda rəhbər vəzifələr və müvafiq sahələr üzrə mütəxəssis vəzifələri nəzərdə tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM