satellite   Azerspace-1: 11135 H 30000

Xocavənddə sursat partlayıb, çoban ölüb

Xocavənddə sursat partlayıb, çoban ölüb

Xocavənd rayonu ərazisində sursat partlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən xəbərə görə, hadisə Ağburun adlanan ərazidə qeydə alınıb.

Ərazidə heyvan otaran çoban, 1971-ci il təvəllüdlü Elşən Hümbətov ərazidən tapdığı partlayıcı sursatla ehtiyatsız davrandığından partlayış baş verib. Nəticədə çoban hadisə yerində ölüb.

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə gedərək baxış keçiriblər. Hadisə yerində təhlükəsizlik tədbirləri görüldükdən sonra E.Hümbətovun meyiti ərazidən götürülərək morqa təhvil verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM