satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Azərbaycana 10 ədəd GPS stansiyası verəcək

Türkiyə Azərbaycana 10 ədəd GPS stansiyası verəcək

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Türkiyədə səfərdə olub.

Səfər çərçivəsində RSXM-in baş direktoru Kandilli Rəsədxanası, Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamenti, Regional Zəlzələ-Tsunami Monitorinq Mərkəzi və Boğaziçi Universitetində bir sıra işgüzar görüşlər keçirib.

Mərkəzin informasiya şöbəsindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, keçirilən görüşlərdə iki ölkə arasında seysmoloji sahədə əməkdaşlığın genişləndirilməsi, AFAD-ın dəstəyi ilə Şuşada seysmik stansiyanın quraşdırılması, iki qardaş ölkə seysmoloqlarının beynəlxalq meqa layihələrdə birgə iştirakı, seysmik stansiya məlumatlarının qarşılıqlı mübadiləsi və s. kimi məsələlər müzakirə olunub.

Həmçinin gələcəkdə Türkiyə tərəfindən Azərbaycana 10 ədəd GPS stansiya verilməsinin nəzərdə tutulduğu da qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM