satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Muxtar Respublikasının Baş naziri Türkiyənin Naxçıvandakı baş konsulu ilə görüşüb - FOTOLAR

Naxçıvan Muxtar Respublikasının Baş naziri Türkiyənin Naxçıvandakı baş konsulu ilə görüşüb<font color=red> - FOTOLAR</font> Naxçıvan Muxtar Respublikasının Baş naziri Türkiyənin Naxçıvandakı baş konsulu ilə görüşüb<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, yanvarın 31-də Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədovla Türkiyə Respublikasının Naxçıvanda yeni təyin olunmuş baş konsulu Asip Kaya arasında görüş keçirilib.

Baş nazir Asip Kayanı yeni vəzifə təyinatı münasibətilə təbrik edib, ona Naxçıvandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb. Səbuhi Məmmədov Azərbaycan ilə Türkiyə arasında yeganə quru sərhəd bölgəsi olan Naxçıvanda Türkiyə Respublikasının Baş Konsulluğunun fəaliyyətinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Görüşdə ölkələrimiz arasında strateji müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərin tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında ticarət əlaqələrinin genişləndirilməsi, enerji mübadiləsi, gömrük-keçid prosedurlarının sadələşdirilməsi, o cümlədən İqdır-Naxçıvan qaz boru kəməri və Naxçıvan-Qars dəmiryolu xətti kimi strateji layihələrin reallaşdırılmasının vacibliyi qeyd olunub.

Baş konsul Asip Kaya səmimi qəbula görə minnətdarlığını bildirib, Tehran şəhərində Azərbaycan Respublikasının Səfirliyinə qarşı törədilmiş terror aktı nəticəsində şəhid olmuş səfirlik əməkdaşına görə başsağlığı verib.

Naxçıvana baş konsul vəzifəsinə təyinatından məmnunluğunu ifadə edən Asip Kaya, fəaliyyəti dövründə iqtisadi, ticarət, humanitar və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM