satellite   Azerspace-1: 11135 H 30000

DSX: 20 kiloqramdan çox narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb - FOTOLAR

DSX: 20 kiloqramdan çox narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb<font color=red> - FOTOLAR</font> DSX: 20 kiloqramdan çox narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb<font color=red> - FOTOLAR</font>

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin əməkdaşları 20 kiloqram 400 qram narkotik vasitənin və 300 ədəd psixotrop tərkibli həblərin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısını alıb.

DSX-nin mətbuat mərkəzindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildiriblər ki, yanvarın 30-da saat 14:10-da Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində iki ədəd bağlamada ümumi çəkisi 12 kiloqram 400 qram narkotik vasitə marixuana, saat 21:30-da İmişli rayon Bəhrəmtəpə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində bir ədəd bağlamada ümumi çəkisi 8 kiloqram narkotik vasitə marixuana və 300 ədəd psixotrop tərkibli “Metadon M-40” həbi aşkarlanaraq götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam еtdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM