satellite   Azerspace-1: 11135 H 30000

Dövlət Komissiyasının İşçi qrupunun işçilərinin maaşları artırılıb

Dövlət Komissiyasının İşçi qrupunun işçilərinin maaşları artırılıb

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun işçilərinin aylıq vəzifə maaşları artırılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun işçilərinin aylıq vəzifə
maaşlarının cədvəli bu Qərarın əlavəsinə uyğun olaraq müəyyən edilib.

Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

Sıra

№- si

Vəzifələrin adı

Aylıq vəzifə maaşı

(manatla)

1.

İşçi qrupunun rəhbəri

1760

2.

İşçi qrupunun rəhbərinin müavini

1228

3.

Baş məsləhətçi

890

4.

Böyük məsləhətçi

794

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM