satellite   Azerspace-1: 11135 H 30000

Ötən il Naxçıvanda 400-ə yaxın elektron imza sertifikatı verilib - FOTOLAR

Ötən il Naxçıvanda 400-ə yaxın elektron imza sertifikatı verilib<font color=red> - FOTOLAR</font> Ötən il Naxçıvanda 400-ə yaxın elektron imza sertifikatı verilib<font color=red> - FOTOLAR</font> Ötən il Naxçıvanda 400-ə yaxın elektron imza sertifikatı verilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, 2022-ci il ərzində 12 vətəndaş, 54 sahibkar, 64 hüquqi şəxs və 262 dövlət qurumu olmaqla, ümumilikdə 392 elektron imza sertifikatı istifadəçilərə verilib. Cari ilin yanvar ayında  isə 2 sahibkar, 6 hüquqi şəxs və 16 dövlət qurumu olmaqla, ümumilikdə 24 elektron imza sertifikatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada hazırlanaraq aidiyyəti üzrə istifadəçilərə təqdim edilib.

Elektron məkanda imzalamanı təmin edən və bütün beynəlxalq təhlükəsizlik standartına cavab verən tam təkmil imzalama vasitəsi olan  elektron imzadan bütün vətəndaşlar, dövlət orqanları, fiziki və hüquqi şəxslər istifadə edə bilərlər.

Vətəndaşların nəzərinə çatdırılır ki, elektron imzanı almaq üçün  qanunvericiliklə müəyyən olunmuş sənədlər Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinə təqdim olunmalıdır.

Sertifikat əldə etmək üçün ödəniləcək dövlət rüsumu hüquqi şəxslər üçün 72 AZN, dövlət qurumları üçün 58 AZN, sahibkarlar üçün 36 AZN, vətəndaşlar üçün 18 AZN təşkil edir və istifadə müddəti isə 3 ildir.

Elektron imza və ondan istifadə qaydaları barədə ətraflı məlumatları nmincom.gov.az və ya token.sima.az saytı vasitəsilə əldə etmək olar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM