satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan MR FHN-in xilasediciləri Qəbələdə təlimdə olublar - FOTOLAR

Naxçıvan MR FHN-in xilasediciləri Qəbələdə təlimdə olublar<font color=red> - FOTOLAR</font> Naxçıvan MR FHN-in xilasediciləri Qəbələdə təlimdə olublar<font color=red> - FOTOLAR</font> Naxçıvan MR FHN-in xilasediciləri Qəbələdə təlimdə olublar<font color=red> - FOTOLAR</font> Naxçıvan MR FHN-in xilasediciləri Qəbələdə təlimdə olublar<font color=red> - FOTOLAR</font> Naxçıvan MR FHN-in xilasediciləri Qəbələdə təlimdə olublar<font color=red> - FOTOLAR</font> Naxçıvan MR FHN-in xilasediciləri Qəbələdə təlimdə olublar<font color=red> - FOTOLAR</font> Naxçıvan MR FHN-in xilasediciləri Qəbələdə təlimdə olublar<font color=red> - FOTOLAR</font> Naxçıvan MR FHN-in xilasediciləri Qəbələdə təlimdə olublar<font color=red> - FOTOLAR</font> Naxçıvan MR FHN-in xilasediciləri Qəbələdə təlimdə olublar<font color=red> - FOTOLAR</font> Naxçıvan MR FHN-in xilasediciləri Qəbələdə təlimdə olublar<font color=red> - FOTOLAR</font>

Naxçıvan MR FHN-nin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyinin qarşılıqlı əməkdaşlığı çərçivəsində Qəbələ rayonu “Tufandağ” Xizəksürmə Mərkəzində keçirilən xizəksürmə və qar uçqunlarında axtarış-xilasetmə təlimində Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin xilasediciləri də iştirak ediblər.

Nəzəri və praktik istiqamətdə keçirilən təlimdə avstriyalı mütəxəssislər tərəfindən şəxsi heyətə qar uçqunları zamanı istifadə olunan müasir axtarış-xilasetmə texnika və avadanlıqları, onların taktiki-texniki xüsusiyyətləri və istifadə qaydaları, qar uçqunu altında qalan zərərçəkmişlərin xilas edilməsi və təxliyəsi, müvafiq təhlükəsizlik qaydaları üzrə nəzəri məşğələlər keçirilib.

Eyni zamanda xilasedicilər mürəkkəb relyefli dağlıq ərazilərdə əlverişsiz hava şəraitində axtarış-xilasetmə işlərinin təşkili, qar uçqunu altında qalmış zərərçəkmişlərin xilasetmə avadanlıqlarından istifadə etməklə axtarışı, xilas olunması, ilkin yardımın göstərilməsi üzrə praktiki tapşırıqları yerinə yetiriblər.

Təlimə FHN-in müvafiq qurumlarının şəxsi heyət və texnikaları, xüsusi təlim görmüş itlər cəlb edilib.

Təlimdən sonra xilasedicilərə Avstriya Daxili İşlər Nazirliyinin müvafiq sertifikatları təqdim olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM