satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili media nümayəndələri ilə görüşüb

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili media nümayəndələri ilə görüşüb

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili muxtar respublikada fəaliyyət göstərən media nümayəndələri ilə görüşüb.

Görüşdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqlari üzrə Müvəkkilinin, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının, Naxçıvan teleradiosunun, "Şərq qapısı” qəzeti redaksiyasının, "Naxçıvan televiziyası” İnformasiya Agentliyinin və muxtar respublikada fəaliyyət göstərən digər televiziya və informasiya agentliklərinin nümayəndələri iştirak edib.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Günay Rzayeva çıxış edərək Ombudsman tərəfindən informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi, informasiya əldə etmək hüququnun pozulması ilə əlaqədar daxil olan müraciətlərə baxılması və cavablandırılması məsələlərindən bəhs edib.

Təbdirdə iştirak edən media nümayəndələri ilə ölkəmizdə informasiya əldə etmək hüququnun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər, informasiya sahiblərinin bu istiqamətdəki vəzifələri, informasiya sorğularının icrası barədə fikir mübadilasi aparılıb.

Diskussiya formatında keçirilən görüşdə iştirakçıları maraqlandıran suallara da aydınlıq gətirilib. 

                                                                            Adilə Səfərova

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM