satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda “Shine Conculting” MMC fəaliyyətə başlayıb - VİDEO

Naxçıvanda biznes mühiti canlanır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərində “Shine Conculting” MMC-nin açılışı olub. Yeni şirkət korporativ müştərilərə konsaltinq – məsləhət xidmətləri göstərəcək.

“Shine Conculting” MMC müxtəlif fəaliyyət sahələrində xidmət göstərən müəssisələrə vergi, mühasibatlıq xidmətləri, mühasibat uçotunun qurulması, maliyyə hesabatları, audit, hüquq, gömrük brokeri xidmətləri, kadr uçotunun aparılması, insan resurslarının idarə olunması, əməyin mühafizəsi, sahibkarlıq və proqram təminatı üzrə xidmətlər göstərir.

Naxçıvan şəhərinin Nizami küçəsində fəaliyyətə başlayan “Shine Conculting” bürosu ən müasir xidmət imkanları ilə fəaliyyətində uğur qazanmaq istəyənlərin yolunu gözləyir.

Xosrov İbrahimov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM