satellite   Azerspace-1: 11135 H 30000

Bu gün Millli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür - VİDEO

Fevralın 7-si “Şəhid olsam, ağlamayın, əksinə, sevinin ki, bu mərtəbəyə yüksəldim” sözlərini yazaraq elə ən yüksək zirvəni fəth edən Millli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür.

Bu gün Naxçıvan Qarnizonu tam orta məktəbində əbədiyaşar qəhrəmanın mövludu qeyd edilib. Təhsil ocağında əvvəlcə Millli Qəhrəmanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra məktəbin şagirdi, Vətən müharibəsi şəhidi kapitan Seymur Cabbarovun qızı Sevinc Cabbarova öz xatirələrini şagirdlərlə bölüşüb.

Təkbaşına düşmənin kabusuna çevrilən, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında öz rəşadəti ilə adını tarixə yazdıran Mübariz İbrahimova Prezident İlham Əliyev tərəfindən “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Zaman ötdü, 2020-ci il 44 günlük Vətən müharibəsində müzəffər ordumuz Mübariz İbrahimovun düşmən qüvvəsini məhv etdiyi postu azad edərək üçrəngli bayrağımızı qürur hissi ilə həmin posta sancdı. İndi həmin məqamda milli qürur mənbəyimizin rəmzi olan  bayrağımız dalğalanır.

Qisası alındığı üçün bu gün Mübariz İbrahimovun ruhu şaddır. Buna hamı kimi vətənpərvər məktəblilər də bütün qəlbləri ilə inanırlar.

Ramilə Rinadqızı

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:15 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM