satellite   Azerspace-1: 11135 H 30000

Xidmət rəisi və icra başçısı Sədərəkdə vətəndaşları qəbul edib - FOTOLAR

Xidmət rəisi və icra başçısı Sədərəkdə vətəndaşları qəbul edib<font color=red> - FOTOLAR</font> Xidmət rəisi və icra başçısı Sədərəkdə vətəndaşları qəbul edib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə və Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Mahirə Adnayeva Sədərək rayon sakinləri ilə görüşüblər.

Xidmətdən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, Rayon İcra Hakimiyyətində təşkil olunan qəbulda vətəndaşlar bir sıra məsələlərlə bağlı müraciət ediblər. Görüşdə vətəndaşların pay torpaq sahələrinin istifadə vəziyyətində yaranmış çətinliklərin aradan qaldırılması, həyətyanı sahələrin sənədlərində dəqiqləşdirilmələrin aparılması və digər məsələlərə baxılıb, sakinlərin fikirləri dinlənilib.

Ümumilikdə 19 rayon sakininin müraciətinə qanunauyğun surətdə baxılıb. 8 vətəndaşın müraciəti yerində həllini tapıb. Yerində həll olunması mümkün olmayan məsələlərlə bağlı müraciət edən 3 rayon sakininə müvafiq sənədləri təqdim etməklə müraciət etməsi izah olunub. 8 vətəndaşa isə qanunvericiliyin tələbləri izah olunaraq aidiyyəti qurumlara müraciət etmələri tövsiyə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM