satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanın Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Naxçıvanın Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi hava şəraitinin kəskin dəyişməsi ilə bağlı sürücülərə və hərəkət iştirakçılarına müraciət edib.

Müraciətdə qeyd olunur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə həftəsonunadək muxtar respublika ərazisində havanın küləkli və yağıntılı olacağı, fasilələrlə sulu qar və qar yağacağı, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.

Dövlət Yol Polisi sürücülərdən ehtiyyatlı olmağı, sürət həddini və ara məsafəsini nəzarətdə saxlamağı, mövsümə uyğun şinlərdən istifadə eməyi, bir sözlə, texniki cəhətdən nasaz olan avtomobillərdən istifadə etməməyi tövsiyə edir.

Eyni zamanda qarlı hava şəraitinin piyadaların hərəkətində çətinliklər yaradacağını nəzərə alaraq, onlardan məsuliyyətli olmağı, hərərkət zamanı səkilərdən və piyada keçidlərindən istifadə etmələri tövsiyə olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM