satellite   Azerspace-1: 11135 H 30000

Ombudsman Günay Rzayeva ahıl şəxslərə baş çəkib - FOTOLAR

Ombudsman Günay Rzayeva ahıl şəxslərə baş çəkib<font color=red> - FOTOLAR</font> Ombudsman Günay Rzayeva ahıl şəxslərə baş çəkib<font color=red> - FOTOLAR</font> Ombudsman Günay Rzayeva ahıl şəxslərə baş çəkib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) preventiv mexanizm fəaliyyəti çərçivəsində xüsusi qayğıya ehtiyacı olan şəxslərin hüquqlarının təmini vəziyyətinin araşdırılması məqsədilə başçəkmələr davam etdirilir.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, fevralın 20-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva tərəfindən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Ahıllar evinə başçəkmə həyata keçirilib.

Başçəkmə zamanı Ombudsman tərəfindən Ahıllar evində saxlanma şəraiti və rəftar məsələləri araşdırılıb, yataq və tibb otaqlarına, istirahət otağına, yeməkxanaya, ərzaq anbarına və digər obyektlərə baxış keçirilib, qidalanma səviyyəsi, tibbi-sosial xidmətin, asudə vaxtın təşkili və digər hüquqların təmin olunması vəziyyəti öyrənilib.

Ombudsman sosial qayğıya ehtiyacı olan şəxsləri ümumi və fərdi şəkildə qəbul edərək konfidensial qaydada dinləyib, onların qanuni mənafelərinin müdafiəsi, sosial fəaliyyətinin səmərəli təşkili və həyat keyfiyyətinin yüksəldilməsi sahəsində müəssisənin işinin təkmilləşdirilməsi ilə bağlı tapşırıq və tövsiyələr verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM