satellite   Azerspace-1: 11135 H 30000

Əbu-Dabidə Qadınların Qlobal Sammiti keçiriləcək

Əbu-Dabidə Qadınların Qlobal Sammiti keçiriləcək

Birləşmiş Ərəb Əmirlikləri Qadınların Qlobal Sammitinə ev sahibliyi etməyə hazırlaşır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, “Sülhün bərqərar olması, sosial inteqrasiya və rifahın təmin edilməsində qadın liderlərin rolu” mövzusuna həsr olunan sammit Əbu-Dabi şəhərində 21-22 fevralda baş tutacaq. Qadınlar Birliyinin (GWU) sədri, Analar və Uşaqlar üzrə Ali Şuranın prezidenti, Ailə İnkişafı Fondunun Ali sədri Əlahəzrət Şeyxa Fatimə bint Mübarəkin dəstəyilə Dünya Müsəlman İcmaları Şurası (TWMCC) və BƏƏ-nin Qadınlar Birliyi (GWU) tərəfindən təşkil edilən tədbir qadınların səsvermə hüququ əldə etməsinin 100 illiyinə həsr olunacaq.

İki gün davam edəcək sammitdə gender bərabərsizliyi, məişət zorakılığı və siyasi çatışmazlıqlar kimi məsələlərdə qadın liderliyinin rolu, təcrübələr və çıxış yolları müzakirə ediləcək. Azərbaycan da daxil olmaqla 100-dən çox ölkədən tanınmış dövlət xadimləri, dini liderlər, sahibkarlar, ictimai fəallar, mədəniyyət xadimləri, media nümayəndələri və alimlər iştirak edəcək. Çıxışçılar bəşər tarixinin bu həlledici məqamında qadınların üzləşdiyi çoxsaylı problemlərə toxunacaq və icmalar arasında sülh, inklüzivlik və rifah körpüləri qurmaq yollarını axtaracaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM