satellite   Azerspace-1: 11135 H 30000

Aprelin 1-dən Səhiyyə Nazirliyinin müharibə veteranları və şəhid ailələri üçün “Çağrı Mərkəzi” istifadəyə veriləcək

Aprelin 1-dən Səhiyyə Nazirliyinin müharibə veteranları və şəhid ailələri üçün “Çağrı Mərkəzi” istifadəyə veriləcək

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müharibə veteranları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə 9109 qısa nömrəli “Çağrı Mərkəzi” aprelin 1-dən istifadəyə veriləcək.

Nazirliyin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, müharibə veteranlarına və şəhid ailələrinə göstərilən psixoloji dəstəyin təkmilləşdirilməsi, tibbi reabilitasiya xidmətlərinin mütəmadiliyinin təmin edilməsi, sahəvi fəaliyyətlərin digər dövlət qurumları ilə koordinasiyalı şəkildə təşkili məqsədilə Səhiyyə Nazirliyinin 9109 qısa nömrəli “Çağrı Mərkəzi” yaradılıb.

Bildirilib ki, “Çağrı Mərkəzi”nə daxil olan müraciətlərin operativ şəkildə həlli məqsədilə aidiyyəti dövlət qurumları ilə inteqrasiya olunmuş “Müharibə veteranları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə Vahid Nəzarət Platforması” formalaşdırılıb.

9109 “Çağrı Mərkəzinə” müraciətlər həftənin bütün günləri, günün istənilən vaxtında qəbul olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM