satellite   Azerspace-1: 11135 H 30000

Ədliyyə Nazirliyinin əməkdaşları Ordubadda vətəndaşların müraciətlərini dinləyib

Ədliyyə Nazirliyinin əməkdaşları Ordubadda vətəndaşların müraciətlərini dinləyib

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Ordubad rayonunda “Açıq qapı” günü keçirib.

Nazirliyin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, Ordubad Rayon Məhkəməsinin inzibati binasında baş tutan qəbulda vətəndaşların fərdi qaydada müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınaraq rəsmiləşdirilib. Əsasən aliment, pul tələbi, qeydiyyat və notariat əməliyyatları ilə bağlı müraciət edən vətəndaşlara qanunamüvafiq məsləhətlər verilib və həlli mümkün olan məsələlərə dəstək göstərilib. Ədliyyə fəaliyyətinə uyğun araşdırma tələb edən müraciətlər isə həll edilməsi üçün nəzarətə götürülüb.

Qeyd edək ki, növbəti “Açıq qapı” günləri Şərur və Sədərək rayonlarında keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM