satellite   Azerspace-1: 11135 H 30000

Narkotikin təsiri altında Bakı-Naxçıvan sərnişin avtobusunu idarə edən İran vətəndaşı saxlanılıb

Narkotikin təsiri altında Bakı-Naxçıvan sərnişin avtobusunu idarə edən İran vətəndaşı saxlanılıb

Bakı-Naxçıvan sərnişin avtobusunun sürücüsü İran vətəndaşı narkotik maddənin təsiri altında avtobus idarə etdiyi üçün saxlanılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan ŞPİ-nin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində Bakı-Naxçıvan sərnişin avtobusunun sürücüsü İran vətəndaşı Arjmand Ramez Azim oğlunun narkotik vasitələrin təsiri altında avtobusu idarə etdiyi müəyyən edilib.

Saxlanılan İran İslam Respublikası vətəndaşı Arjmand Ramez Azim oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə məsuliyyətə cəlb edilərək inzibati həbs edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM