Müqəddəs kitabımız “Qurani-Kərim”in nazil olduğu mübarək Ramazan ayı artıq başa çatıb.
Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə Naxçıvan şəhərindəki Sarvanlar, Came, Kazım Qara Bəkir Paşa məscidləri və muxtar respublikamızın rayonlarındakı məscidlərində bayram namazları qılınıb, dualar oxunub.
