satellite   Azerspace-1: 11135 H 30000

Aprelin 24-də axşamdan başlayaraq 25-i gündüzədək hava şəraiti arabir yağıntılı olacaq

Aprelin 24-də axşamdan başlayaraq 25-i gündüzədək hava şəraiti arabir yağıntılı olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin aprelin 22-nə olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir yağış yağıb. Bəzi yerlərdə leysan olub.

Xidmətdən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən xəbərə görə, yağıntının miqdarı Göytəpədə (Cəlilabad) 23, Ağdamda 13, Daşkəsəndə 10, Şahdağda 9, Qaxda 7, Culfa, Ordubadda 6, Xaltan, Gədəbəy, Balakən, Şəki, Qusar, Qrız, Gəncə, İsmayıllı, Quba, Tərtər, Göyçay, Zərdab, Şərur, Şahbuz, Sədərək, Şəmkir, Ağstafa, Qəbələ, Zaqatala, Göygöl, Bərdə, Biləsuvar, Yevlax, Naxçıvan, Naftalan, Qobustan, Mingəçevir, Kürdəmir, Astara, Neftçala, Bakıda və Abşeron yarımadasında 1 millimetrədək olub.

Aprelin 21-i saat 18:40 radələrində Cəlilabadda diametri 0.8 millimetr (vizual müşahidələrə əsasən) olan dolu düşüb.

Şimal-qərb küləyi əsib, arabir Göytəpədə saniyədə 28, Göyçayda 24, Daşkəsəndə 23, Gəncə, Tərtər, Naftalanda 22, Mingəçevirdə 21, Ağdam, Şahdağda 20, Naxçıvan, Şəkidə 18, Beyləqan, Qrızda 16, Qaxda 15, Bakıda və Abşeron yarımadasında 21 metrədək güclənib.

Sumqayıt, Şamaxı, Quba, Qrız, Göyçay, Biləsuvar, Astara, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu aprelin 21-də Bakıda iqlim normasından 5.1° yuxarı olub. Belə ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 18-24°, Naxçıvanda 17-24° isti, dağlıq rayonlarda 18°-dək isti, aran rayonlarında 26-28° isti olub.

Aprelin 22-23-də əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə arabir intensivləşəcəyi, dolu düşəcəyi ehtimalı var. Aprelin 24-də axşam yenidən qərb rayonlarından başlayaraq 25-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM