satellite   Azerspace-1: 11135 H 30000

Aprelin birinci dekadasında orta temperatur çoxillik iqlim normasını ötüb

Aprelin birinci dekadasında orta temperatur çoxillik iqlim normasını ötüb

Respublikanın əksər bölgələrində aprel ayının birinci ongünlüyündə hava şəraiti yağıntılı keçib. Havanın orta temperaturu çoxillik iqlim normasından əsasən 1-2º yüksək, ötən ilin göstəricilərindən 3-5º az olması ilə səciyyələnib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, havanın dekadalıq orta temperaturu paytaxt üzrə Maştağada 10,2º, Naxçıvanda 12,3º, Qarabağ bölgəsi, Mil-Muğan və Mərkəzi Aranda 12-13º, Şəki-Zaqatala, Lənkəran-Astarada 9-12º, Qubada 8º, Dağlıq Şirvan bölgəsində 8-9º, Gəncədə və Goranboyda 11-13º, Gədəbəydə 7º, Ceyrançöldə və Tovuzda 11-12º təşkil edib.

Havanın minimum temperaturu Gədəbəydə -3º, Naxçıvanda -2º, Qubada və Şamaxıda -1º, Qəbələdə və İsmayıllıda 0º, Şəkidə 1º, Zəngilanda və Cəfərxanda 2º, Maştağa, Lənkəran, Tovuz, Ceyrançöldə 3º, Gəncə-Qazaxda 4º, Bərdə Tərtər və Mərkəzi Aranda 5º və Acınohurda 7º qeydə alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM