satellite   Azerspace-1: 11135 H 30000

Telejurnalist Natəvan Babayeva dəfn edilib

Telejurnalist Natəvan Babayeva dəfn edilib

Ötən gün dünyasını dəyişən tanınmış telejurnalist Natəvan Babayeva doğulduğu Salyan rayonunun Parça Xalac kənd qəbiristanlığında dəfn olunub.

 Naxçıvan televiziyası xəbər verir ki, valideynlərinin məzarı yanında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhum jurnalistin ailə üzvləri, rayon icra hakimiyyətinin rəsmiləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, bir müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən Natəvan Babayeva ötən gün vəfat edib.

Xatırladaq ki, N.Babayeva 1977-ci ildə Salyan rayonunun Parça Xalac kəndində anadan olub. BDU-nun "Jurnalistika" fakültəsini bitirdikdən sonra uzun illər ANS-də, 2016-cı ilin sonlarından AzTV-də aparıcı işləyib.

Allah rəhmət eləsin!

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

11:18 23.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM