satellite   Azerspace-1: 11135 H 30000

Salyanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Salyanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Naxçıvan televiziyası-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun Kərimbəyli kənd sakini, əvvəllər də narkotiklərə görə məhkum olunmuş Eldar Səmədov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin və psixotrop maddə - metamfetamin aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı olaraq E.Səmədovun yaşadığı ünvana keçirilən baxış zamanı isə yardımçı tikilidən 1 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

11:18 23.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM