satellite   Azerspace-1: 11135 H 30000

ETX: Saxta dələduzluq səhifəsi yaradılıb

ETX: Saxta dələduzluq səhifəsi yaradılıb

Kiberdələduzlar tərəfindən “Facebook” sosial şəbəkəsində “Reminder Code 02 12528” adı ilə saxta dələduzluq səhifəsi yaradılıb.

Naxçıvan televiziyası Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, dələduzlar “Reminder Code 02 12528” adı ilə saxta səhifədə bir çox şirkətlərin adını qeyd edərək, “Facebook” səhifələrinin silinəcəyinə dair saxta məlumatlar paylaşırlar.

“Paylaşımlarda yerləşdirilən keçidə daxil olduqda saxta “Facebook” səhifəsi açılır və giriş məlumatlarının daxil edilməsi tələb olunur. Məlumatlar daxil edildikdən sonra istifadəçilərin “Facebook” hesabının dələduzlar tərəfindən ələ keçirilməsi halı müşahidə olunur. Elektron Təhlükəsizlik Xidməti qurumlardan bu kimi hallara qarşı diqqətli olmağı, həmçinin tanımadıqları mənbədən gələn keçidlərə daxil olmamağı tövsiyə edir”, - deyə məlumatda bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM