satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda il ərzində 35-dən çox kibercinayətkarlıq faktının üstü açılıb

Naxçıvanda il ərzində 35-dən çox kibercinayətkarlıq faktının üstü açılıb

Vətəndaşlara qarşı törədilmiş kibercinayətkarlıq hallarının qarşısını almaq üçün Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən bir sıra mübarizə tədbirləri həyata keçirilir.

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı, polis polkovniki Qasım Həsənov jurnalistlərə müsahibəsində bildirib ki, muxtar respublikada il ərzində, ümumilikdə, nazirliyin Cinayət Axtarış İdarəsinin Kibercinayətkarlıqla mübarizə bölməsinin əməkdaşları tərəfindən 35-dən çox kibercinayətkarlıq faktının üstü açılıb. 

Polis polkovniki Qasım Həsənov bildirib ki, kibercinayətkarların qurbanı olmamaq üçün, ilk növbədə, insanlar ayıq-sayıq olmalıdır. 

O əlavə edib ki, praktika göstərir ki, insanların kibercinayətkarların qurbanına çevrilməsi özlərinin məsuliyyətsizliyi nəticəsində baş verir. Belə ki, hər şəxs öz kart məlumatlarını və digər şəxsi məlumatlarını tanımadığı şəxslərlə paylaşmamalıdır. Əlavə olaraq yüksək qazanc vəd edən elanlara və iş təkliflərinə inanmamalıdırlar. Bank adı ilə vətəndaşlara zəng edən kibercinayətkarlara heç vaxt öz bank və kart məlumatlarını, eləcə də kartın 3DS kodunu təqdim etməməyi də tövsiyə edirik.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM