satellite   Azerspace-1: 11135 H 30000

İstanbuldan Lahora uçan təyyarə Bakı hava limanına təcili eniş edib

İstanbuldan Lahora uçan təyyarə Bakı hava limanına təcili eniş edib

"Turkish Airlines” aviaşirkətinə məxsus İstanbul-Lahor reysini həyata keçirən hava gəmisi kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi ilə əlaqədar (ürək tutması) Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bu barədə Naxçıvan televiziyası-a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, “Airbus A330” təyyarəsi yerli vaxtla saat 11:04-də Bakı hava limanına eniş edib. Sərnişinə tibbi yardım göstərilib və onun Bakıdakı tibb klinikalarından birinə yerləşdirilməsinə qərar verilib.

Təyyarə saat 13:21-də Bakıdan İstanbula qalxıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM