satellite   Azerspace-1: 11135 H 30000

ANAMA: Ötən həftə 487,7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

ANAMA: Ötən həftə 487,7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan Naxçıvan televiziyası-a bildiriblər ki, dekabrın 18-dən 24-dək Tərtər, Kəlbəcər, Ağdam, Laçın, Xocavənd, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 53, tank əleyhinə 11 mina və 307 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində 487,7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM