satellite   Azerspace-1: 11135 H 30000

Əliabad qəsəbəsində yağış nəticəsində evi su basıb

Əliabad qəsəbəsində yağış nəticəsində evi su basıb

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri, Əliabad qəsəbəsində vətəndaşa məxsus fərdi yaşayış evinin zirzəmisinə dekabrın 24-də gecə saatlarında yağış yağması nəticəsində su dolması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.

Görülən tədbirlər nəticəsində subasmaya məruz qalan evin zirzəmisindən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM