satellite   Azerspace-1: 11135 H 30000

“Şərq qapısı” qəzetinə yeni baş redaktor təyin olunub

“Şərq qapısı” qəzetinə yeni baş redaktor təyin olunub

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun 26 dekabr 2023-cü il tarixli sərəncamı ilə Sara Nurəddin qızı Əzimova “Şərq qapısı” qəzetinin baş redaktoru vəzifəsinə təyin olunub.

Sara Əzimova bundan əvvəl "Şərq qapısı" qəzetində müxbir, şöbə müdiri, məsul katib müavini kimi fəaliyyət göstərib.

2016-cı ildən isə Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü idi.

2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə medianın inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM