satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan şəhərində yeni Avtomat Telefon Stansiyası istifadəyə verilib

Naxçıvan şəhərində yeni Avtomat Telefon Stansiyası istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Naxçıvan şəhərinin Azərbaycan məhəlləsi Əliqulu Qəmküsar küçəsi-1 ünvanında bütün telekommunikasiya xidmətlərinin əhaliyə çatdırılması imkanlarına malik yeni nəsil Avtomat Telefon Stansiyası quraşdırılıb. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə,  yeni istifadəyə verilən avadanlıq vasitəsilə 600-ə yaxın evin rabitə xidmətlərilə təmin olunması nəzərdə tutulub.

Abonentlərin keyfiyyətli telekommunikasiya xidmətlərindən istifadə etmələri məqsədilə Avtomat Telefon Stansiyasının yerləşdiyi ərazidə rabitə infrastrukturu tamamilə yenilənib, yüksəksürətli və müxtəlif tutumlu fiber-optik xətlərlə əvəzlənib.

Həmçinin, yeni quraşdırılan Avtomat Telefon Stansiyasının ətrafının təhlükəsizlik məqsədilə çəpərlənməsi nəzərdə tutulub.

Yeni nəsil avadanlıq abonentlərin yüksək sürətli internet və rabitə xidmətlərindən istifadə etmələrinə şərait yaradacaqdır.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən əhalinin rabitə xidmətlərinə olan tələbatının ödənilməsi, o cümlədən telekommunikasiya şəbəkələrindən dayanıqlı, təhlükəsiz və keyfiyyətli istifadə etmələri üçün yeni nəsil avadanlıqlar quraşdırılır, avtomat telefon stansiyalarında internet tutumları tələbata uyğun olaraq artırılır, həmçinin bir sıra yerlərdə aztutumlu avtomat telefon stansiyaları yüksək montaj tutumuna malik yeni nəsil avtomat telefon stansiyaları ilə əvəz olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM